22.11.2024, 08:14
AZ EN
06.04.2024, 13:29 321

Ülviyyə Zülfiqar: Ermənistan ərazisində 300-dən çox məscid dağıdılıb

XƏBƏRLƏR
  • Ötən 200 il ərzində Qərbi azərbaycanlıların yaşadıqları ağrı-acı, XX əsrdə dörd dəfə deportasiyaya, soyqırımlara məruz qalmaları nəticəsində maddi və qeyri–maddi mədəni irsimiz ciddi ziyan görüb. Ermənistan ərazisindəki tarixi torpaqlarımızdan izimizi silmək məqsədilə 300-dən çox məscidimiz darmadağın edilib, azərbaycanlılara məxsus Göy məscid başqa xalqa məxsus abidə kimi təqdim olunub. 500-dən çox qəbiristanlıq yerlə-yeksan edilib. Bundan əlavə, minlərlə qala, karvansara, körpü, qayaüstü rəsm, qədim yaşayış yeri viran qoyulub. Bu zərər qeyri–maddi mədəni irsimizdən də yan keçməyib. Ədəbiyyatımız, musiqilərimiz, kulinariyamız, 2009-cu ildə UNESCO qeyri–maddi mədəni irs siyahısına salınmış aşıq sənətinin Qərbi Azərbaycandakı zəngin külliyyatı da ağır zərbə alıb.

Bu sözləri Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar söyləyib.

O bildirib ki, Aşıq Ələsgərin Göyçədə, doğulub yaşadığı Ağkilsədəki abidəsi azərbaycanlıların sonuncu - 1987-1991-ci illər deportasiyası zamanı Ermənistan hökuməti tərəfindən tamamilə dağıdılıb. Yer üzündə dağıdılan hər bir irs bəşəriyyətin bəlli bir qisminin tarixini, dəyələrini özü ilə aparır. Bu yolverilməzdir.

“Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyətə hər müraciətində ürək ağrıdan bu faktlarla bağlı məlumat verir, ədalətsizliyə son qoyulması üçün çağırışlar edir. Ötən il sözügedən zərər və dağıntılarla bağlı UNESCO-ya məktub yazaraq Ermənistana faktaraşdırıcı missiya göndərilməsini tələb etdik. Qurumdan gələn cavabda bildirildi ki, məhv edilən irsimizlə bağlı məsələlər bu təşkilatın mandatına daxildir. Lakin faktaraşdırıcı missiya ilə bağlı hələ də hər hansı bir yenilik yoxdur və Ermənistan tərəfi də əlbəttə ki, bu dağıntıların üzə çıxacağını bildiyi üçün missiyanın oraya gəlməsinə razı deyil. İcma soydaşlarımızın, irsimizin uğradığı ədalətsizlik, o cümlədən sülh yolu ilə, təhlükəsiz şəraitdə və ləyaqətlə geri qayıdışımız istiqamətində fəaliyyətini davam etdirir",- deyə Ü. Zülfiqar vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR