Bunu Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Bakıda jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bölgədə inteqrasiya olmağa ehtiyacı olan ölkə Ermənistandır:
"Biz onsuz da Azərbaycanla bir çox layihələrlə birgə çalışırıq. Bundan sonra da çalışacağıq. Ancaq bir çox beynəlxalq layihələrdən kənarda qalan Ermənistan Zəngəzur dəhlizinin açılmasında daha maraqlı tərəf olmalıdır". (Report)