17.04.2024, 12:45
AZ EN
26.02.2024, 09:08 230

Türkiyə XİN: Xocalı qətliamı insanlıq tarixinə qara ləkə olaraq keçib

XƏBƏRLƏR
  • Türkiyə Xarici İşlər Nazirliyi Xocalı qətiamının 32-ci ildönümü ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

“26 Fevral 1992-ci ildə Ermənistan silahlı birlikləri tərəfindən Azərbaycanın Xocalı şəhərində məsum mülki şəxslərə qarşı gerçəkləşdirilən qətliamı lənətləyirik.

O gün yaşanan vəhşət insanlıq tarixinə qara bir ləkə olaraq keçib.

Xocalıda öldürülən 613 nəfər qardaşımızın və o gün yaralanan, əsir alınan və ya itkin düşən bütün azərbaycanlıların kədəri hələ ürəyimizdədir.
Xocalı qətliamında həyatlarını itirənlərə Allahdan rəhmət diləyir, Azərbaycan xalqına bir daha başsağlığı veririk”. (APA)

Oxşar xəbərlər