22.12.2024, 16:35
AZ EN
20.02.2024, 21:00 229

Bakı İrəvanın PLANINI POZDU - Qərb həqiqəti öyrəndi

XƏBƏRLƏR
  • Ermənistanın növbəti təxribat planı ürəyində qaldı. Münhen Təhlükəsizlik Konfransı öncəsi Azərbaycanıa sərhəddə fəallaşan erməni silahlı birləşmələrinin mövqelərimizi mütəmadi atəşə məruz qoyması məhz bu təxribatın əsas tərkib hissəsi idi. Lakin Azərbaycan gərəkən cavabı verməklə yanaşı, Ermənistanın təxribatını ifşa edəcək materialları da ortaya qoyaraq rəsmi İrəvanın Münhen öncəsi planlarını deşifrə etdi.

Ermənistan hər zaman olduğu kimi "həm suçlu, həm güclü" görünmək istədi. Rəsmi Bakı bu dəfə də çox qəti addım ataraq rəsmi İrəvanı mat qoymağı bacardı. Halbuki Ermənistan tərəfinin sərhəddəki təxribatları "Azərbaycan sülhə hazır deyil" görüntüsü yaratmaq, Qərb ilə Bakının əlaqələrini korlamaq üçün hesablanmışdı.

Amma Prezident seçkilərindən 10 gün sonra Münhen TK-ya qatılan dövlət başçımız Azərbaycanın istənilən an, istənilən platformada sülh danışıqlarına hazır olduğunu göstərməsi bir daha düşünməyə ciddi əsaslar verdi ki, Azərbaycan sülhə sadiqdir. Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransındakı görüşləri hazırkı reallıqlarda regiondakı geosiyasi müstəvidə baş verən proseslərdə mühüm əhəmiyyət kəsb edir.

Dünyanın aparıcı dövlətlərinin başçılarının, hökumət başçılarının, biznes dairələrini təmsil edən rəhbər şəxslərin iştirak etdiyi bu konfransda Azərbaycan Prezidentinə olan böyük maraq və diqqət çox güman ki, ermənitəssübkeşlərinin və havadarlarının da diqqətindən yayınmadı. Prezident İlham Əliyevin Münhen səfəri çərçivəsində ATƏT-in sədri, Baş katibi, ABŞ dövlət katibi, Almaniya kansleri, Münhen Təhlükəsizlik Konfransının sədri ilə bu cür mühüm görüşlər keçirməsi, aparılan fikir mübadilələri, verilən bəyanatlar Azərbaycanın günbəgün artan nüfuzunun bariz nümunəsidir.

Sözügedən görüşlər, aparılan danışıqlar Ermənistanın və havadarlarının Azərbaycanla bağlı apardığı qarayaxma kampaniyalarının üstündən ciddi şəkildə xətt çəkmiş oldu. Bu, eyni zamanda Azərbaycanın nəyinki Cənubi Qafqazda, eyni zamanda Avropada aparıcı dövlət olaraq sülhə, təhlükəsizliyə verdiyi töhfənin, regionun və qitənin enerji təhlükəsizliyindəki əhəmiyyətinin müqayisə olunmaz dərəcədə böyüklüyünü təsdiq edən növbəti faktordur.

Azərbaycan bu gün nə etdiyini, necə etdiyini və məqsədlərini çox yaxşı bilən bir güc mərkəzinə çevrilməkdədir. Elə Preizdent İlham Əliyevin fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində verdiyi mesajlardan bu istiqamətləri müəyyən etmək mümkündür.

"Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır", - deyən Prezident İlham Əliyev, "biz bu yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq" deyərkən nəyi nəzərdə tutduğunun açıqlamasın çox aydın şəkildə vermiş oldu.

Azərbaycan nəyinki Cənubi Qafqazda, eləcə də Avropada və dünyada dayanıqlı sülh mühitinin qurulmasını ən ürəkdən istəyən dövlətdir. Bu istiqamətdə ən ciddi şəkildə addımları rəsmi Bakıdan görən, Azərbaycan prezidentinin verdiyi mesajların, səsləndirdiyi bəyanatların səmimiyyətinə güvənən, inanan digər dövlət və hökümət başçılarının Münhendə dövlət başçımızla görüşmək üçün yaratdığı növbə bunu bir daha təsdiq edir.

Rəqəmlər hər şeyi deyir: Azərbaycan Prezidenti 2 gün ərzində 24 görüş keçirib, daha 10 görüş üçün Azərbaycan tərəfinə müraciətlər olsa da, fiziki olaraq vaxt baxımından onları reallaşdırmaq mümkün olmayıb. Prezident İlham Əliyevə görüş üçün dövlət və hökumət başçılarının, beynəlxalq aparıcı maliyyə mərkəzlərinin, nüfuzlu təşkilatların çoxsaylı müraciətləri Azərbaycanın dünyadan getdikcə artan rolu və Prezidentinin şəxsi nüfuzunun ən bariz nümunəsidir.

Bu səfər böyük mənada bir çox məsələlərə aydənlıq gətirdi. Azərbaycan Prezidenti Qərbə sübut etdi ki, Ermənistandan fərqli olaraq Azərbaycan Münhen Təhlükəsizlik Konfransına avropalı “cənablar”dan hər hansı kömək, yardım, vasitəçilik və s. xahiş etməyə deyil, dünyanın siyasi və iqtisadi xəritəsinin yenidən cızıldığı bir vaxtda Azərbaycan Respublikasının xarici siyasətinin əsas konturlarını çatdırmağa, qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etməyə, Avropanın enerji təhlükəsizliyi ilə bağlı məsələlərdə öz fikir və təkliflərini bölüşməyə gəlib. Çünki Azərbaycan regionun və qitənin təhlükəsizliyi məsələsində ən maraqlı tərəflərdən biridir. (Trend)

Oxşar xəbərlər