23.12.2024, 15:47
AZ EN
22.11.2023, 16:13 202

Beqlaryan Paşinyanı utandıracaq faktları yenidən gündəmə gətirdi

XƏBƏRLƏR

Nikol Paşinyan hökumətinin Azərbaycanla sülh müqaviləsini imzalamaqdan yayınmaq üçün ən müxtəlif varianlara əl atdığı bir vaxtda Ermənistan müaxlifəti ictimai nüfuzuna zərbə vuran uğursuzluqları üzə çırpmaqda davam edir.  Bu dəfə sentyabrın 19-20-də Qarabağda keçirilmiş lokal antiterror tədbirlərindən sonra özünü buraxmış qondarma “Artsax"ın keçmiş nümayəndəsi Artak Beqlaryan Ermənistanın baş nazirini utandıracaq bir faktı yada salıb.

"Vətən səsi" xəbər verir ki, Beqlaryan Ermənistan mətbuatına açıqlamasında rəsmi İrəvanı antiterror tədbirləri zamanı ölən erməni hərbçilərinin sayını gizlətməkdə ittiham edib. O, deyib ki, Azərbaycan Ordusunun cəmi bir sutka ərzində həyata keçirdiyi antirrror tədbirləri zamanı 230-a yaxın separatçı məhv edilib. Bunu bütün ermənilər üçün biabırçı məğlubiyyət adlandıran Artak Beqlaryan Ermənistan hökumətini Xabkəndidəki yanğın hadisəsinin qurbanlarına və onların ailə üzvlərinə qarşı haqsızlıq etməkdə günahlandırıb: "Təkcə 220 nəfər Xankəndidəki yanacaqdoldurma məntəqəsindəki partlayış nəticəsində ölüb. Amma hökumət yanğının qurbanların hadisə yerindən çıxarmaq nə etdiyi? Yaxud yanğın zamanı ölənlərin ailələrinə hansı dəstək verildi? Məncə, heç nə. Görünür hökumət 44 günlük müharibənin yaraları sağalmamış "Artsax"dakı bir günlük antiterror tədbirinin şokundan hələ də ayılmayıb".

Artak Beqlaryan deyib ki, Ermənistan İstintaq Komitəsinin son məlumatına görə, 19-20 sentyabr tarixli antiterror tədbirləri nəticəsində itkin düşən separatçıların sayı 42 nəfərdir: “Bütün məlumatlar ilkin və təxminidir və DNT araşdırması, tam və rəsmi siyahı başa çatdıqdan sonra dəqiq rəqəmləri söyləmək mümkün olacaq”.

Xatırladaq ki, Ermənistan hökuməti həm Qarabağda antiterror tədbirləri məhv edilən  separatçıların, həm də Xankəndidə yanacaqdoldurma məntəqəsində baş vermiş yanğının qurbanlarının sayını ictimaiyyətdən gizli saxlamağa çalışırdı.

Elxan SALAHOV

Oxşar xəbərlər