Bunu təhlükəsizlik orqanlarının veteranı, fəxri əməkdaşı, polkovnik Azər Qarayev deyib.
A.Qarayev bildirib ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin Dəmir Yumruğu ilə Azərbaycanın əsas problemi olan Qarabağ problemi qəti şəkildə həll edildi:
"Bu ilin 20 sentyabrında isə cəmi bir günlük uğurlu antoterror tədbirindən sonra Qarabağda illərdən bəri kök salmış separatçı rejimin mövcudluğuna son qoyuldu.
Azərbaycan xarici siyasəti də yeni rellıqlar əsasında formalaşıb. Bu gün Azərbaycan dövləti qlobal problemlərin həllində vacib rol alan ölkəyə çevrilib. Qarabağ torpaqları işğaldan azad olunana qədər beynəlxalq platformalarda bizi əsasən bir probeılmin həll olunması daha çox maraqlı idi. İndi isə ərazilərimizdə suverenlik təmin olunub və beynəlxalq əməkdaşlıqda qarşılıqlı fayda əsasında bütün tərəflərə açığıq”.
O qeyd edib ki, Münxen Təhlükəsizlik Konfransında Azərbaycan liderinin keçirdiyi görüşlər də ölkəmizə və onun rəhbərinə olan yüksək diqqətin göstəricisidir.
“Konfrans çərçivəsində Azərbaycan Prezidenti ATƏT-in sədri, Baş katibi, ABŞ dövlət katibi, Almaniya kansleri ilə görüşlər keçirdi. Bu görüşlər, ölkəmiz haqqında düzgün təsəvvürlərin formalaşması, Cənubu Qafqazda aparıcı dövlət olmaqla yanaşı, həm də sülhə, təhlükəsizliyə verdiyi töhfə ilə bağlı məsləhətləşmələr, məlumatların mübadiləsi mühüm əhəmiyyət kəsb edir.
Digər bir tərəfdən isə bu görüşlər bəzi dairələrin Azərbaycana qarşı təzyiq ritorikasından əl çəkməyə məcbur olduğunun da göstəricisidir. Artıq bütün dünyada anlayırlar ki, Azərbaycan müstəqil dövlətdir, müstəqil xarici siyasət yürüdür və ona təzyiq yolu ilə nəyisə diktə etmək olmaz. Azərbaycan hər zaman məsələlərin müzakirə, dialoq yolu ilə həllinin tərəfdarı olub və özü də bunu təşviq edir”, - deyə A.Qarayev əlavə edib .
A.Qarayein sözlərinə görə, konfrans çərçivəsində Azərbaycan dövlət başçısının qrafikinə baxdıqda mövcud intensivliyi Azərbaycanla əməkdaşlıq etmək istəyənlərin sayının həddən artıq olmasında görə bilərik.
“Bu da birbaşa olaraq Prezident İlham Əliyevin timsalında ölkəmizin artan nüfuzundan xəbər verir. Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin, təşkilatların sayı kifayət qədər çoxdur. Bu da ilk növbədə Azərbaycanın etibarlı tərəfdaş olması, Prezident İlham Əliyevin sözünün imzası qədər güclü olmasına görədir.
Bütün tərəflər bilir ki, Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərə sadiqdir və hansısa təzyiqlər, maraqlar buna mane ola bilməz!”, - deyə o bildirib. (Trend)