20.09.2024, 07:49
AZ EN
06.04.2023, 11:56 192

Erməni cinayətləri cəzasız qalmayacaq

XƏBƏRLƏR
  • Azərbaycan Republikasının Baş Prokurorluğunda Qərbi Azərbaycandan olan soydaşlarımıza qarşı XX ərsin əvvəllərindən sonuna qədər mərhələli şəkildə davam edən cinayət əməlləri – deportasiya, təqib, soyqırımı əməllərinə görə Ermənistan tərəfinə qarşı cinayət işi açılıb.

Bununla bağlı millət vəkili, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli  Az.TV-də “Əsas məsələ” verilişində fikirlərini bölüşərkən bildirib ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun son 100 ildə Qərbi Azərbaycanda soydaşlarımıza qarşı törədilmiş cinayətlərlə bağlı istintaq işi başlaması tarixi bir hadisədir və ilk dəfədir belə bir hadisə baş verir: “Ermənilərin son  iki yüz ildə soydaşlarımıza qarşı törətdikləri cinayətlərin başlıca səbəbi ondan ibarət olub ki, onlar törətdikləri bu cinayətlərə görə  həmişə məsuliyyətdən kənarda qalıblar. Məsuliyyət daşımadıqları üçün cinayəti cinayətin arxasınca törədiblər və yeni cinayətlər törətməkdə maraqlı olublar. Çünki biliblər ki, onlar cəza almayacaqlar. Amma bu artıq sondur.  Azərbaycanın Baş Prokurorluğu artıq  bu işə başlayıb. Bizim  əlimizdə külli miqarda ermənilərin cinayətlərini sübut edən faktlar var. Ötəri də olsa qeyd etmək istəyirəm ki, 1919-cu ildə  fövqəladə tədqiqat komissiyasının işə başlaması və 36 min vərəq həcmində arxiv materiallarının toplanması, bunlar hamısı həmin dövrlə bağlı cinayət işi qaldırmağa əsas verir. Bundan əlavə, bizim əlimizdə digər kifayət qədər faktlar var. Biz Xocalı faciəsindən çox danışırıq. Bu insanlığa qarşı böyük bir cnaəytdir və bu səviyyədə, bundan da dəhşətli cinayətlər Qərbi Azərbaycanda azərbaycanlılara qarşı törədilib. Bizim kəndlərimiz tamamilə yer üzündən silinib, sonradan da məskunlaşmayan kəndlərimiz var. Hətta Paris Sülh Konfransına məruzədə də belə kəndlərin adı çəkilir. Mən bunu xatırlatmaq istəyirəm ki, Vedibasar mahalında, Çalançı dərəsində, Qədirli, Şahaflı, Qarağac, Birəli bu dörd kəndin hamısı demək olar ki, sonuncu nəfərinə qədər ermənilər tərəfindən qətlə yetirilib və hətta Paris Sülh Konfransına olan məruzədə də məhz bu kəndlərin yer üzündən ermənilər tərəfindən silinməsi faktı göstərilib. Bununla bağlı bizim əlimizdə həm 1905-ci il hadisələri ilə bağlı Mir Möhsün Nəvvabın kitabı var, Məmməd Səid Ordubadinin “Qanlı sənələr”i var, xatirələr var,  eyni zamanda 1918- 1920-ci il hadisələri ilə  bağlı o vaxt Naxçıvanda Milli Şuranın katibi olan Mirzə Bağır Əliyevin xatirələri var, faktları bir-bir ortaya qoyulub, günlərlə, saatlarla qeydiyyata alınıbdır. Bunların hamısı masa üzərinə qoyulmalıdır. Şübhəsiz ki, bu faktları Baş Prokurorluğa təqdim edəcəyik. 1948-50-ci illərlə bağlı olan hadisələr isə məlumdur. Artıq o dövlət səviyyəsində həyata keçirilmiş bir cinayət  aktıdır. O vaxt Azərbaycanın müxtəlif məntəqələrində həmin deportasiya edilənlərin qəbul olunması ilə bağlı məntəqələr yaradılıb və bu məntəqələrdə həmin ailələrlin bütün tərkibləri adlı qeydiyyata alınıb. Bunlar hamısı prokurorluğa təqdim olunacaq. Bundan əlavə, sonuncu deportasiya zamanı 1987-1991-ci illərdə tarixdə anoloqu olmayan vəhşiliklər törədilib soydaşlarımıza qarşı. Bununla bağlı bizim əlimizdə külli miqdarda faktlar var, sənədlər var. Artıq bütün bunlar dünya ictimaiyyətinə çatdırılmalıdır. Birinci növbədə biz bu faktların hamısını masa üzərinə oturtmalıyıq və bizim hüquq-mühafizə orqanları  buna hüquqi qiymət verməlidir, təbii ki, bundan sonra biz onu beynəlxalq məhkəmələrə qədər daşımalıyıq, təbii ki, faktlar, sübutlarla, sənədlərlə. Bunun üçün Qərbi Azərbaycan İcması özünün bütün imkanlarından istifadə edərək Respublika Baş Prokurorluğuna bu istiqamətdə  lazımi yardımı göstərəcək.

Bütün bunlar hamısı sənədləşdirilib, hətta bir qismi müəyyən mənbələrdə nəşr olunub. O vaxt Avropa missiyasının nümayəndələrinin bölgədə olan üzvlərinin  öz xatirələrində ermənilərin həmin cinayətləri etiraf olunub. Bizim borcumuz bu sənədləri ortaya qoymaqdır.Təbii ki, bu istiqamətdə böyük iş aparılmalıdır. Çünki söhbət 100 il ərzində, ən azı son XX əsrdə törədilmiş sinayətdən gedir. Çox təəsüf ki, ermənilər bu gün bu qədər sənədə, bu qədər fakta baxmayaraq, bütövlükdə bu qanlı cinayətləri danmaq istiqamətində fəaliyyət aparırlar. Mən həmişə demişəm, ermənilərin ən qorxduğu məsələ Azərbyacan xalqının onların xalqımıza qarşı törətdiləri bu cinayətləri unutmamasıdır.  Ermənilərin ən qoprxduğu məsələ budur. Cənab Prezident də çıxışlarında dəfələrlə deyib ki, biz Xocalını unutmamalıyıq. Biz birgə yaşayacağıq, sülh şəraitində yaşayacağıq, bizgə yaşayışla bağlı saziş də bağlanacaq. Amma biz xalqımıza qarşı yüz illər boyu törədilmiş bu cinayətləri qətiyyən unutmamalıyıq və unutdurumayacağıq. Biz unudanda, biz unutduranda ermənilər növbəti cinayəti törətməkdə maraqlı olurlar, törədirlər və çirkin niyyətlərini həyata keçirmək üçün bütün eybəcərliklərdən isfifadə edirlər. Artıq buna imkan verilməyəcək.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR