08.06.2025, 18:25
AZ EN
05.02.2024, 16:14 338

Türkiyənin “Sabah” qəzetində Azərbaycandakı seçkilər barəsində məqalə dərc olunub

XƏBƏRLƏR
  • Türkiyənin nüfuzlu “Sabah” nəşrində Azərbaycanda fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərinin əhəmiyyətindən bəhs edən məqalə dərc edilib.

“Vətən səsi” “secki-2024.az” saytına istinadən xəbər verir ki, məqalənin müəllifi Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsinin (TÜDİFAK) dekanı professor Mehmet Yücedir.

Məqalədə bildirilib ki, bu prezident seçkiləri Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Buna səbəb isə Vətən müharibəsindəki böyük zəfər fonunda seçkilərin ölkənin tam suveren ərazisində baş tutmasıdır.

“Azərbaycanda Qarabağ uğrunda mübarizə sosial və siyasət sferalarında iki dövrü ortaya çıxarır: Qarabağ Zəfəri öncəsi Azərbaycan və Qarabağ Zəfərindən sonrakı Azərbaycan”, - deyə məqalədə professor Mehmet Yücenin sözlərinə istinad olunur. 

S.Süleymanova

Oxşar xəbərlər