22.11.2024, 00:58
AZ EN
18.09.2024, 21:20 170

Moskvada Xəzər regionunda əməkdaşlıq məsələləri müzakirə olunub

XƏBƏRLƏR
  • Sentyabrın 18-də Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Xəzəryanı dövlətlərin diplomatik nümayəndəliklərinin rəhbərləri arasında illik görüş keçirilib. Görüşdə Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu iştirak edib.

Ənənəvi olaraq görüş Beynəlxalq Xəzər dənizi Gününə həsr olunur.

“Xəzər regionunda çoxşaxəli əməkdaşlıq və “beşlik” formatında qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi, o cümlədən Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Türkmənistanda keçiriləcək növbəti görüşünə hazırlıqla bağlı geniş məsələlər dairəsi üzrə maraqlı fikir mübadiləsi aparılıb”, – deyə nazirlikdə qeyd edilib. (AZERTAC)

Oxşar xəbərlər