Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində deyib.
Dövlətimizin başçısı bildirib: “Biz onlar oranı sülh şəraitində tərk etsinlər deyə, onlara maksimum dərəcədə rahat şərait yaratdıq. Azərbaycanlılara qarşı tam əksi edilmişdir. Onlar otuz il bundan əvvəl ya qətlə yetirilmiş, ya da deportasiya olunmuş, işgəncələrə məruz qalmış, həbs edilmişdir və onların bəziləri yüksək dağlıq əraziləri aşmaq məcburiyyətində qalaraq həmin ərazilərdə donub ölmüşdür. Bu sənədlərlə təsdiq edilib. Qarabağ bölgəsinin ermənilərinin Ermənistana daxil olmaları da sənədləşdirilmişdir və hər şey humanitar standartlara əsasən edilmişdir”.
Qayıtmaq istəyən ermənilərin Azərbaycanın açdığı elektron portalda qeydiyyatdan keçərək geri qayıtmaq, Azərbaycan vətəndaşlığını qəbul etmək istədiklərini bildirməli olduqlarını vurğulayan dövlət başçısı qeyd edib: “Onların bir neçəsi artıq vətəndaşlıq üçün müraciət edib və hazırda onların müraciətlərinə baxılır. Bəzi ermənilər Qarabağda qalmağa qərar verdilər və indi bizim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Miqrasiya Xidməti onların qeydinə qalır, onları qeydiyyata salır”.