Martın 10-da Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson və iqtisadiyyat naziri Mikayıl Cabbarov görüşüb.
APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp “Twitter” hesabında məlumat yayıb.
“Bu gün Baronessa Emma Nikolson və nazir Mikayıl Cabbarov ilə gözəl görüşümüz oldu. Britaniya şirkətləri qaytarılmış ərazilərin bərpasına cəlb olunmağa maraqlıdırlar”, - deyə paylaşımda bildirilib.