17.12.2024, 08:15
AZ EN
30.08.2022, 09:10 331

İndoneziyalı ekspert: Laçının işğaldan azad olunması bizi çox sevindirir

XƏBƏRLƏR
  • Qədim Azərbaycan torpağı olan Laçın şəhərinin işğaldan azad edilməsi və dost Azərbaycanın öz əraziləri üzərində nəzarəti bərpa etməsi bizi çox sevindirir. Bu bizim üçün çox ürəkaçan xəbərdir və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm.

Bu sözləri ANTARA agentliyinin sabiq redaktoru, İndoneziya Müsəlman Jurnalistlər Assosiasiyasının (PJMI) təsisçisi Məhəmməd Entoni deyib.

İndoneziyalı ekspert bildirib ki, o, xalqımızın tezliklə sülh şəraitində yaşayacağına inanır: “İnanıram ki, bundan sonra heç bir qarşıdurma və müharibə olmayacaq. Azərbaycan və Ermənistan xalqları sülhsevər qonşu ölkələr kimi harmoniya şəraitində yaşayacaqlar. İki dövlət arasında olan problemlər sülh yolu ilə həllini tapacaq”.

M.Entoni vurğulayıb ki, Azərbaycan və Ermənistan bütün dünyaya qarşılıqlı hörmət və tərəfdaşlıq münasibətlərinə əsaslanan nümunəvi əlaqələr qurmağa qadir olduqlarını nümayiş etdirə bilərlər. Bu isə yeni nəslin uzaqgörən liderlərin miras qoyacağı sülh və sabitlik şəraitində yaşamasına imkan yaradar. (AZƏRTAC)

Oxşar xəbərlər