08.09.2024, 07:01
AZ EN
24.07.2024, 11:32 243

"La Gazette du Caucase" Ermənistandakı iqtisadi böhrandan yazıb: çıxış yolu yalnız Bakı ilə sülhdən keçir

XƏBƏRLƏR
  • Bir neçə gün əvvəl "Azadlıq" radiosunun erməni xidməti son bir ildə Ermənistan iqtisadiyyatının artımının təhlilini dərc edib ki, burada bu mühüm artımın əslində nədən qaynaqlandığı əyani şəkildə görünür: yalnız Avropa mallarının Rusiyaya təkrar ixracı yolu ilə.

Fransanın onlayn La Gazette du Caucase qəzeti bu təhlilə cavab olaraq öz məqaləsində sual verir: Fransa hara baxır?

Bir tərəfdən Paris malların Rusiyaya təkrarına qarşı çıxır, digər tərəfdən görünür, bu,"dostları"na aid olduqda buna göz yumur.

Bu vəziyyət daha bir problemə - vergi daxilolmalarının azalmasına səbəb olub. Son məlumatlara görə, Ermənistanın Dövlət Gəlirləri Komitəsi 2024-cü ilin dövlət büdcəsində nəzərdə tutulduğundan 300 milyon ABŞ dolları az toplayıb.

"Nəticədə Ermənistan hökumətinin vergi daxilolmaları bu ilin birinci yarısı üçün nəzərdə tutulan hədəf göstəricidən xeyli aşağıdır ki, bu da ölkəni dərinləşməkdə olan iqtisadi böhrana sürükləyir. Bu, ölkənin az istehsal etməsi və millətçi ekstremistlərin yeritdiyi siyasətin onu iqtisadi mübadilələrin dayandırıldığı qonşularından təcrid etməsi ilə izah olunur", - məqalədə deyilir.

Müəlliflər haqlı olaraq belə nəticəyə gəlirlər ki, Azərbaycanla münasibətlərin normallaşması Ermənistan üçün iqtisadi böhrandan yeganə çıxış yolu kimi görünür.

İkinci Qarabağ müharibəsinin başa çatmasından dörd il keçməsinə baxmayaraq, Ermənistan hələ də mühüm regional iqtisadi layihələrdə iştirak etmir. Ermənistanın iqtisadi artımının aparıcı qüvvəsi Fransa deyil, daha çox Rusiyadır. Ermənistan hakimiyyəti başa düşməlidir ki, Bakı ilə sülh sazişi iqtisadiyyatın bərpası üçün ən yaxşı həll yoludur. Bu, iri regional layihələrə - tranzit, enerji və bir çox digər layihələrə qoşulmaq üçün imkanlar açardı. Onların hamısının Azərbaycanla bağlı olduğunu xatırlamaq lazımdır. Lakin bir sual qalır: Paris buna icazə verəcəkmi? (Trend)

Oxşar xəbərlər