24.04.2025, 23:00
AZ EN
08.01.2024, 12:09 362

Vüqar Bayramov: Ölkəmizdə dini etiqad azadlığı hər zaman müdafiə olunur

XƏBƏRLƏR
  • Azərbaycanda qeyri-millətlərə məxsus olan tarixi abidələr daim qorunur, eyni zamanda dini ayinlərin icrası üçün hər cür şərait yaradılıb.  Bakının özündə dövlətimiz tərəfindən sinaqoq tikilib, hər il dövlət büdcəsindən yardımlar ayrılır.

Qeyd edək ki, 30 il erməni işğalında qalan və 2020-ci ilin şanlı qələbəsindən sonra azad olunan, hal-hazırda Qarabağda da eyni qaydada dini abidələrin təmir-bərpa işləri həyata keçirilir. Azərbaycan dövləti bu abidələri qoruyub və qoruyacaq...

Milli Məclisin deputatı Vüqar  Bayramov da elə bu barədə yazır:

"Bu şəkil 2020-ci ildə Füzuli rayonu Qarğabazar kəndi işğaldan azad olunandan sonra çəkilib. Şah Abbas məscididir. 1683–ci ildə inşa edilən bu tarixi məscid 30 illik Ermənistan işğalı nəticəsində dağıdılaraq donuz tövləsinə çevrilmişdi.

Şah Abbas məscidi kəndimizin yaxınlığında yerləşirdi. Uşaqlıqda xalamgilə gedən zaman bu məscidi də ziyarət edərdik. Tarixiliyi ilə seçilən adidələrdən idi. İndi məscidin sadəcə qalıqları qalıb.

Şah Abbas məscidi Qarabağda işğal müddətində dağıdılan yeganə məscid deyil. Ermənistan işğalı müddətində 403 tarixi və dini abidələr tamamilə dağıdılıb. Ikili standartlara söykənərək Azərbaycanı "xüsusi izləmə siyahısı"na daxil edən ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyası ölkəmizin dini və tarixi abidələri dağıdılan zaman görəsən niyə göz yumurdu? Aydındır ki, bu qərəzli hesabatlarda məqsəd tamamilə fərqlidir. Amma Azərbaycan bu tip təhdidlərə hər zaman cavab vermək gücündədir və hansı hesabatlarda nələrin yazılmasından asılı olmayaraq, ölkəmizdə dini etiqad azadlığı hər zaman müdafiə olunur. Elə dünən pravoslavlar ən vacib xristian bayramlarından birini – Milad bayramını pravoslav kilsələrində təntənəli ibadət mərasimləri qeyd etdilər: bu hesabat “müəlliflər”inin görmək istəmədiyi çoxsaylı faktlardan sadəcə biridir".

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər