Bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Pakistan İslam Respublikasının Milli Günü münasibətilə martın 29-da təşkil edilən rəsmi qəbulda deyib.
Ölkəsinin müstəqillik tarixindən danışan diplomat Pakistanın bundan sonra da davamlı inkişaf edərək güclənəcəyindən əminliyini ifadə edib.
"Biz inanırıq ki, Azərbaycan Qarabağ problemini uğurla həll etdiyi kimi, Pakistan da Kəşmir məsələsini həll edəcək. Ölkələrimiz hər zaman bir-birini dəstəkləyib və bu dəstək bundan sonra davam etdiriləcək", - deyə Bilal Haye vurğulayıb. (AZERTAC)