Bu barədə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Azərbaycan və Sankt-Peterburq arasında İqtisadi və Humanitar Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri, Sankt-Peterburq hökumətinin üzvü - Xarici Əlaqələr Komitəsinin sədri Yevgeni Qriqoryevlə görüşümüzdə iqtisadi gündəliyin genişləndirilməsi üçün perspektivləri müzakirə etdik”, – E.Əliyev qeyd edib. (Report)