18.12.2024, 12:09
AZ EN
31.08.2023, 12:10 362

Səfir: Türkiyə Ağdam-Xankəndi yolunun açılması istiqamətində Azərbaycanın səylərini dəstəkləyir

XƏBƏRLƏR
  • “Xankəndidə yaşayan mülki erməni vətəndaşların nümayəndələri ilə əlaqə saxlanmışdı. Dialoq üçün Yevlaxda görüş planlaşdırıldığı halda ermənilər süni humanitar böhran görüntüsü yaratmağa çalışıbdılar və beynəlxalq aləmi də aldatmaq üçün səylər göstərildi”.

Bunu diplomatik korpus nümayəndələri ilə Ağdam-Xankəndi yoluna səfər etmiş Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

O bildirib ki, Türkiyə bu müddətdə Azərbaycanın səylərini sona qədər dəstəkləməyə davam edir: “Əgər söhbət humanitar böhrandan gedirsə, Xankəndi ilə aramızda 16 km məsafə var, və Ağdam – Xankəndi yolu hər cür humanitar yüklərin daşınması üçün açıqdır. Türkiyə də bu istiqamətdə Azərbaycanın atdığı addımları dəstəkləyir”. (APA)

Oxşar xəbərlər