Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri Andrea Viktorin deyib.
“Bəli, hazırda Avropa İttifaqı daha aktiv mövqe seçib və Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Avropa İttifaqının Cənub Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın səfərləri və müntəzəm təmaslar sayəsində ən yüksək səviyyədə önəmli rol oynayır”, o deyib.
Andrea Viktorin Aİ-nin hər iki tərəfin istəyini dinlədiyini qeyd edib. Diplomat iyulun 16-da Tbilisidə Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü də alqışlayıb. (APA)