Bu sözlər Türkiyənin Anadolu agentliyinin Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə iyulun 19-da əhalinin köçürülməsinə start verilməsi ilə bağlı məlumatında yer alıb.
“Azərbaycanda işğaldan azad olunan bölgələrə “Böyük Qayıdış” başladı” sərlövhəli yazı Ağalıdan video və fotolarla təqdim olunub.
İnformasiyada həyatın yenidən qayıtdığı doğma torpaqlarımızda Böyük Qayıdışı təmin etmək üçün görülən yenidənqurma və işləri, bütün istiqamətlər üzrə infrastrukturun bərpası, genişmiqyaslı işlər və sosial layihələr barədə müfəssəl məlumat verilir. Diqqətə çatdırılır ki, insanlar doğma yurdlarına böyük sevinc hissi ilə qayıdır və dövlətlərinə olan tükənməz məhəbbətlərini ifadə edirlər. (AZƏRTAC)