16.04.2025, 12:45
AZ EN
11.03.2024, 19:48 264

Kasım-Jomart Tokayev: Qazaxıstan xalqı Azərbaycanın tarixi qələbəsi ilə bağlı böyük sevinc hissi keçirib

XƏBƏRLƏR
  • Azərbaycan Sizin rəhbərliyinizlə böyük tarixi qələbə əldə edib. Bu, dövlət suverenliyinin bərpa olunmasıdır. Qazaxıstan xalqı bununla bağlı böyük sevinc hissi keçirib.

Bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev martın 11-də Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında söyləyib.

COP29-un Azərbaycanda keçirilməsinin ölkəmizin sosial-iqtisadi inkişaf sahəsində, həmçinin beynəlxalq arenada nailiyyətlərinin qəbul edilməsi amili olduğunu vurğulayan Qazaxıstan Prezidenti deyib: “Qazaxıstan COP29-un müvafiq səviyyədə keçirilməsini dəstəkləyir və bu son məqsədə nail olmaq üçün lazımi səylər göstərəcəkdir”. (Report)

Oxşar xəbərlər