BMTM-dən bildirilib ki, görüş zamanı AQEM qarşısında duran vəzifələr, mövcud regional və qlobal çağırışlar və onlara adekvat reaksiya mexanizmlərinin hazırlanması kimi məsələlər ətrafında müzakirələr aparılıb. Tərəflər AQEM Xarici İşlər Nazirləri Şurasının 2024-cü il 19 mart tarixli qərarı ilə Azərbaycan Respublikasının 2024-2026-cı illər üzrə AQEM sədri seçilməsini təsisatın gələcək fəaliyyət istiqamətləri və prioritetlərinin müəyyənləşdirilməsi baxımından müsbət addım kimi qiymətləndiriblər.
Görüşdə AQEM çərçivəsində fəaliyyət göstərən Beyin Mərkəzi Forumu ilə BMTM arasında əməkdaşlığın, akademik mübadilənin genişləndirilməsinin zəruriliyi vurğulanıb.
Sonda Baş katibi Kayrat Sarıbay tərəfindən BMTM İdarə Heyətinin sədri Fərid Şəfiyevə kitab təqdim edilib. (AZERTAC)