21.11.2024, 10:26
AZ EN
20.11.2024, 18:26 109

COP29 həm iqlim, həm də neokolonializmdən əziyyət çəkən xalqlar üçün çox əhəmiyyətli platforma rolu oynaya bilər - Nigeriyalı baş redaktor

XƏBƏRLƏR
  • Düşünürəm ki, COP29 həm iqlim, həm də neokolonializmdən əziyyət çəkən xalqlar və icmalar üçün çox əhəmiyyətli platforma rolu oynaya bilər.

Bunu Bakıda səfərdə olan Nigeriyanın İqlim Savadlılığı və Ədalət üçün “DA News Media Advocacy” agentliyinin baş redaktoru Abdullahı Dare Akogun deyib.

O qeyd edib ki, Nigeriya təbii sərvətlərlə zəngin ölkədir və bu öz növbəsində çox böyük problemlər yaradır:

“Nümunə kimi meşələrdə ağacların kəsilməsi və təbii sərvətlərin talanmasını göstərmək olar. Buna isə müxtəlif ölkələrin şirkətləri səbəb olur. Düşünürəm ki, COP29 həm iqlim, həm də neokolonializmdən əziyyət çəkən xalqlar və icmalar üçün çox əhəmiyyətli platforma rolu oynaya bilər.

Bizə bu imkanı yaratdığına görə Bakı Təşəbbüs Qrupuna minnətdaram. Xüsusilə vurğulamaq lazımdır ki, Bakıda təşkil olunmuş COP29 zamanı iqlim dəyişikliyinin yaratdığı problemlərdən çıxış yolları müəyyənləşdi. Bundan sonra da Bakı Təşəbbüs Qrupu ilə davam etdirəcəyimiz əməkdaşlıq bu prosesə töhfə verəcək”. (Trend)

Oxşar xəbərlər