04.05.2026, 10:58
AZ EN
04.05.2026, 09:03 57

Premyer Liqa: "Qarabağ" bu gün "Turan Tovuz"la qarşılaşacaq

XƏBƏRLƏR
  • Misli Premyer Liqasında XXX turun daha bir oyunu bu gün keçiriləcək.

"Qarabağ" "Turan Tovuz"la münasibətlərə aydınlıq gətirəcək.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 19:30-da start götürəcək. Görüşün baş hakimi Rəşad Əhmədov olacaq.

Çempionluq şansını itirən Ağdam təmsilçisi 59 xalla ikinci pillədə qərarlaşıb. Tovuz klubu 56 xalla üçüncüdür.

Xatırladaq ki, tura mayın 5-də "Karvan-Yevlax" - "Neftçi" matçı ilə yekun vurulacaq. Daha əvvəl "Kəpəz" "Sumqayıt"ı (2:1), "İmişli" "Araz-Naxçıvan"ı (1:0), "Sabah" "Şamaxı"nı (3:0), "Zirə" "Qəbələ"ni (1:0) məğlub edib. (Report)

Oxşar xəbərlər