20.09.2024, 05:03
AZ EN
08.04.2022, 15:20 863

Prezident İlham Əliyev: “Azərbaycan dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir”

XƏBƏRLƏR

“...Cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürurdur, həm də böyük məsuliyyətdir. İdmanın inkişafı və idman nailiyyətləri təkcə ölkəmizi dünyada təbliğ etmir, gücümüzü göstərmir, eyni zamanda, cəmiyyətdə vətənpərvərlik hisslərini gücləndirir. Məhz vətənpərvərlik, Vətənə olan sədaqət, fədakarlıq bizi Qarabağın azad olunması uğrunda müharibədə irəliyə aparırdı”. Prezident İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini aprelin 8-də qəbul edərkən belə deyib. 

Dövlətimizin başçısı qeyd edib ki, gənc nəsil mütləq vətənpərvərlik ruhunda tərbiyə almalıdır, milli ruhda tərbiyə almalıdır, milli dəyərlər əsasında tərbiyə almalıdır və Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir. O deyib: “Vətənpərvərliyi daha da gücləndirən amillərdən biri, əlbəttə ki, tarixi-hərbi Zəfərimizdir və eyni zamanda, idman uğurlarımızdır. Əminəm ki, Azərbaycan vətəndaşları - həm idmansevərlər, həm də idmanla o qədər də maraqlanmayan vətəndaşlar həmişə idman arenalarında əldə edilmiş qələbələrin xəbəri gələndə sevinirlər”.

Hər bir vətəndaşın öz əməyi ilə ölkəmizi gücləndirdiyini vurğulayan Prezident İlham Əliyev məhz buna görə bu gün Azərbaycanın dünyada sürətlə inkişaf edən ölkə kimi tanındığını vurğulayıb. Dövlətimizin başçısı deyib ki, Azərbaycan dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir, müəyyən edir, öz siyasətini müstəqil şəkildə aparır və istər döyüş meydanlarında, istər siyasi arenalarda qələbə qazanır.

Oxşar xəbərlər

SON XƏBƏRLƏR