19.10.2024, 13:39
AZ EN
08.12.2023, 15:09 279

Ekspert: “ABŞ Cənubi Qafqazda sülhə nail olmaq üçün səylərini gücləndirib”

XƏBƏRLƏR
  • "ABŞ dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü və sülh prosesinin bərpası ilə bağlı gözləntilər düzgün və vaxtında atılan addımdır".

Bunu politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın Azərbaycana son səfərini şərh edərkən deyib.

“ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Braynın Blinkenin tezliklə Vaşinqtonda sülh danışıqlarının növbəti mərhələsi üçün iki ölkənin xarici işlər nazirlərini qəbul etməyi səbirsizliklə gözlədiyi barədə bəyanatı bir qədər geciksə də, bu Ağ Ev administrasiyasının bu istiqamətdə səylərini bərpa etmək qərarına gəldiyini nümayiş etdirir. Onlar əvvəllər erməni lobbisinin təsiri altında revanşist planlı “informasiya müharibəsi” aparıblar”, - o bildirib.

P.Teys qeyd edib ki, A.Blinken ölkənin qalan hissəsi ilə nəqliyyat əlaqəsi olmayan Azərbaycanın Naxçıvan Muxtar Respublikasına xüsusi diqqət yetirməlidir.

Onun sözlərinə görə, Naxçıvan 30 ildən artıqdır ki, ümumi quru sərhədləri olmadan blokada vəziyyətindədir: “Naxçıvandakı Azərbaycan vətəndaşlarının problemi, xüsusən də ölkənin əsas ərazisi ilə muxtariyyət arasında nəqliyyat əlaqələrinin məhdudlaşdırılması uzun illərdir ki, beynəlxalq ictimaiyyət, xüsusən də ABŞ Dövlət Departamenti tərəfindən diqqətə alınmırdı. İndi Ermənistanla münasibətləri qurmaqla vəziyyəti həll etmək üçün əlverişli şərait yaranıb”.

O bildirib ki, belə bir əlaqənin yaradılması həm regionun inkişafına, həm də ümumilikdə Cənubi Qafqazın nəqliyyat mərkəzinə çevrilməsinə öz töhfəsini verəcək, Ermənistan da bu işdə ən çox qazanan tərəflərdən biri olacaq. (Report)

Oxşar xəbərlər