Bu sözləri Qızılbaş Qlobal İrsi Təşkilatının İdarə Heyətinin üzvü, “Google” şirkətinin qlobal texnologiya direktoru və startap investor Sami Qızılbaş Şuşa şəhərinə səfərlə bağlı təəssüratlarını bölüşərkən deyib.
S. Qızılbaş təşkilat olaraq Azərbaycanda nələr edə biləcəkləri barədə fikir mübadiləsi apardıqlarını vurğulayıb. Onun sözlərinə görə, qızılbaşlar dünyanın müxtəlif ölkələrində maliyyə, tibb, biznes sahələrində böyük işlər görürlər..
“Bu səfər bizi başqa ölkələrdə gördüyümüz işləri vətənimiz Azərbaycanda da həyata keçirməyə daha da gəvəsləndirdi”, - deyə o vurğulayıb. (AZƏRTAC)