18.10.2024, 20:31
AZ EN
18.06.2022, 10:40 175

Amerikalı səyyah: “Azərbaycan Qarabağı sürətlə bərpa edir”

XƏBƏRLƏR
  • Azərbaycan Qarabağı sürətlə bərpa edir. Bunu Zəngilana səfər edən amerikalı səyyah Charles Veley deyib.

O, dəyişikliklərin sürətlə getdiyini, son bir il ərzində bölgədə önəmli dəyişikliklərin baş verdiyini qeyd edib: “Bu çox uğurlu səyahət idi. Biz demək olar ki, bütün Qarabağı gəzdik. 3 gün ərzində Füzuli, Ağdam və Zəngilana səfər etdik, bir çox tikinti və bərpa işlərini gördük. Bu, vacib məsələdir. Biz həmçinin, müharibənin təsirlərini, Azərbaycanın Qarabağdakı innovasiyalarını, smart kəndi gördük. İnfrastruktura olan sərmayələri görmək bizim üçün sevindiricidir. Mənim sosial media qrupumda 20 minə yaxın üzv var və qayıtdıqdan sonra bu haqda onlara danışacağam. Mən ötən ilin sentyabrda da burada idim, ötən dövr ərzində burada olan dəyişikliklər məni valeh edir, bu dəyişikliklər çox sürətlə gedir. Azərbaycanın bu innovasiyalara və dəyişikliklərə ayırdığı əmək mənim üçün çox maraqlıdır. Mən növbəti dəfə gəlib burada hansı dəyişikliklərin olduğunu görmək istərdim”.

Hindistanlı səyyah Ryan Gazder isə bildirib ki, işğaldan azad edilmiş ərazilərdə sürətlə yeni yolların inşasının və hava limanının tikilməsi olduqca diqqətçəkəndir:

“Ağalı kəndi çox gözəl görünür. Lakin mən insanlar bura qayıtdıqdan sonra bura gəlib onlarla tanış olmaq istərdim. Ona görə də bir il sonra bura geri qayıtmaq istərdim. Qarabağda çox gözəl dağlar, yeni yollar gördüm, bura çox gözəldir. Bu yeni yollar, yeni hava limanı qısa müddətdə tikilib”.

Oxşar xəbərlər