Bunu Fransa Respublikasının Milli Assambleyasının deputatı (Fransız Qvianası) Jean-Victor Castor deyib.
O bildirib ki, Fransa müstəmləkəçilik düşüncələrindən çıxmaq istəmir:
“Mən ilk dəfədir Azərbaycana gəlirəm. Burada iştirak bizim üçün çox yaxşı fürsət oldu. Çünki dərdimizi, problemimizi dilə gətirdik və səsimizi çatdıra bildik. Fransanın kolonializmindən çıxmağımız, səsimizi dünyaya çatdırmağımız üçün bu tədbirdə iştirak çox mühüm idi”. (Report)