08.09.2024, 05:47
AZ EN
27.10.2023, 17:32 176

Mirzoyan: "Qafqazda sülh qarşılıqlı razılaşma əsasında əldə edilə bilər"

XƏBƏRLƏR
  • "Cənubi Qafqazda sülh Ermənistan və Azərbaycanın ərazi bütövlüyünün qarşılıqlı tanınması, “sonuncu sovet xəritələri” əsasında aparılacaq delimitasiya ilə əldə edilə bilər".

"Vətən səsi".az xəbər verir ki, bu fikri Ermənistan XİN rəhbəri Ararat Mirzoyan macarıstanlı həmkarı Peter Siyarto ilə birgə keçirdiyi brifinqdə səsləndirib. Onun sözlərinə görə, sülhün bərqərar olması üçün bütün ölkələrdən təsirli addımlar atılmalı, maksimalist iddialardan imtina edilməlidir. Lakin erməni nazir "maksimalist iddialardan imtina edilməlidir" dedikdə nəyi nəzərdə tutduğunu açıqlamayıb.

"Əsas prinsiplər artıq Qranada bəyanatında öz əksini tapıb və Ermənistan beynəlxalq tərəfdaşlardan bu bəyanatın dəstəyini gözləyir", - deyə Mirzoyan bildirib.

Elxan SALAHOV

Oxşar xəbərlər