İrəvan Qarabağla bağlı qərarları məhz NATO-nun təsiri altında qəbul edib.
"Vətən səsi" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Zvezda” telekanalının “Mejdu tem” verilişində bildirib. O, deyib ki, Ermənistanın Qarabağla bağlı qəbul etdiyi qərarlara görə Rusiyanı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) ittiham etməsi əsassızdır: “Mən bu fikri söyləyən və yayanlar yalan hər kəsi ittiham edirəm. Bu, doğru deyil, İrəvanın Qarabağla bağlı qəbul etdiyi qərarlara görə Rusiya günahkar deyil. Rəsmi İrəvan bu qərarı Qərblə məsləhətləşmələrdən sonra verib. Mən İrəvanın Qarabağla bağlı qəbul etdiyi qərarlara görə Rusiya və KTMT-nin ittiham edən hamını yalan danışmaqda ittiham edirəm”.
Zaxarova vurğulayıb ki, Qərb ölkələri Ermənistanın Dağlıq Qarabağdan rəsmən imtina etməsini təbliğ ediblər. Onun sözlərinə görə, NATO-nun diktəsi ilə imzalanan sənədlərdə Qarabağ sakinlərinin hüquqları heç bir şəkildə təsbit edilməyib.
Rusiya XİN rəsmisi onu da qeyd edib ki, Ermənistanla Azərbaycan arasında yeni gərginlik yalnız rəsmi İrəvanın Avropa İttifaqı, ABŞ və Britaniyaya regiondakı vəziyyətə dağıdıcı təsir göstərməsinə nə dərəcədə imkan verməsindən asılıdır.
Elxan SALAHOV