Bu barədə partiyanın sözçüsü Ömer Çelik jurnalistlərə açıqlamasında deyib.
O, bunu mühüm addım kimi qiymətləndirib: “Tərəflər arasında iki məsələ barədə fikir ayrılığı var idi. İndi isə Azərbaycanla Ermənistan arasında sülh üçün demək olar ki, bütün məqamlarda razılıq əldə olunub. Bu, Qafqazda sülh üçün mühüm mərhələdir”.
Ö.Çelik söyləyib ki, bundan sonra Ermənistanın Azərbaycana qarşı qanunvericilik aktlarını, o cümlədən konstitusiyasını dəyişdirməsi vacibdir.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi martın 13-də Ermənistanla sülh sazişi üzrə danışıqların yekunlaşdığını bildirib. (Report0