Bunu rusiyalı politoloq İqor Korotçenko mətbuata açıqlamasında deyib.
Politoloq qeyd edib ki. növbədənkənar prezident seçkisi məntiqi həll yoludur: İlham Əliyev hesab edir ki, dost olmayan dövlətlər fəallaşıb və artıq regionda vəziyyəti silkələmək cəhdləri edilir, eyni zamanda, Bakıya təzyiqlər davam edir. Son vaxtlar ABŞ və Fransanın Bakıya qarşı tamamilə qeyri-dost siyasətini, AB-nin isə kifayət qədər ziddiyyətli mövqeyini görürük. Belarusda, ən son isə Serbiyada vəziyyəti sarsıtmaq cəhdlərini gördük. Bu, Qərb təzyiqinin ümumi alətidir. Bu yaxınlarda Azərbaycanda Fransa xarici kəşfiyyatının agent şəbəkəsi üzə çıxıb. Ona görə də seçki Qərbin planlarını, o cümlədən ölkədə sabitliyi pozmaq üçün “beşinci kolon” yaratmaq planlarını alt-üst etməkdir. Bakı əvvəllər Ermənistana səfər etmiş və Bakıya gəlməyi planlaşdıran Dövlət Departamentinin nümayəndəsi Bononun səfərindən indi imtina edib. Bəli, Azərbaycan suverenliyini bərpa etdikdən sonra ölkə əleyhinə siyasət nümayiş etdirən dövlətləri indi açıq şəkildə yerinə oturdur. Amma aydın şəkildə anlamaq lazımdır ki, Bakıya təzyiq yalnız artacaq”, - deyə o bildirib.
Korotçenko daha sonra əlavə ebib ki, Vaşinqton Bakı ilə enerji layihələrində iştirak edən digər Qərb ölkələrinə - Azərbaycan nefti və qazının alıcılarına təzyiq göstərməyə çalışacaq:
“Bu vəziyyətdə Azərbaycan təhlükəsizlik məsələlərini kompleks şəkildə həll etməlidir. Rəqib o qədər də sadə deyil: ABŞ-a meydan oxumaq, Fransaya meydan oxumaq - bu, çox ciddidir”,- deyə rusiyalı politoloq vurğulayıb
Hazırladı: Tahirə AĞAMİRZƏ