23.12.2024, 02:28
AZ EN
27.07.2023, 21:43 260

Türkiyənin vitse-prezidenti: “Can qardaşımız Azərbaycanla əməkdaşlığımızı hər sahədə inkişaf etdirəcəyik”

XƏBƏRLƏR
  • “Can qardaşımız Azərbaycanla əməkdaşlığımızı hər sahədə inkişaf etdirəcəyik”.

Bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşdən sonra tviterdəki hesabında yazıb.

“Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu və onu müşayiət edən nümayəndə heyətini Prezident Kompleksində qəbul etdik.

Can qardaşımız və can dostumuz Azərbaycanla əməkdaşlığımızı bundan sonra da hər sahədə inkişaf etdirəcəyik.

Bu münasibətlə bütün azərbaycanlı qardaşlarıma salamlarımı və sevgilərimi çatdırıram”, - Türkiyənin vitse-prezidenti vurğulayıb.

Qeyd edək ki, görüşdə Azərbaycan və Türkiyə arasında iqtisadiyyat və enerji sahələrində mövcud və gələcək əməkdaşlıq imkanlarını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edib. Görüşdə dövlət başçılarının səyləri nəticəsində bu gün ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək zirvəsinə çatdığı qeyd edilib, uğurlu əməkdaşlığın regional inkişafa, stabilliyə və təhlükəsizliyə, o cümlədən bütün türk dünyasına böyük töhfələr verən mühüm faktora çevrildiyi vurğulanıb. Qeyd edilib ki, ölkələrimiz enerji, nəqliyyat, sənaye, investisiya, sahibkarlıq, maliyyə, innovsiyalar, rəqəmsallaşma və digər səhələrdə uğurla əməkdaşlıq edir. (Report)

Oxşar xəbərlər