Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Xəbərə görə, təlim zamanı snayperlər gecə və gündüz vaxtı atəş mövqeyinin seçilməsi, fərdi və qrup şəklində müxtəlif məsafələrdə yerləşən hədəflərin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi, eləcə də digər mövzular üzrə qarşıya qoyulan tapşırıqları icra edirlər.