Bunu Avropa Parlamentinin Prezidenti Roberta Metsola Ermənistan Baş naziri Nikol Paşinyanla mətbuata birgə bəyanatında bildirib.
O deyib ki, normallaşma prosesi hər iki ölkənin qarşılıqlı şəkildə bir-birinin suverenliyini, ərazi bütövlüyünə tanımasına əsaslanmalıdır.
Metsola Ermənistan və Azərbaycanı danışıqları bərpa etməyə çağırıb.
“Avropa İttifaqı Şurasının Prezidentinin himayəsi altında tərəflərin dialoqunda vasitəçiliyimizə sadiq olduğumuzu bəyan edirik.
Eyni zamanda, oktyabrın sonuna qədər Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin Aİ Şurasının Prezidentinin vasitəçiliyi ilə görüşə razılıq verməsini müsbət addım kimi alqışlayırıq”, - o əlavə edib. (APA)