Bu sözləri Latviya Respublikasının elan olunmasının 106-cı ildönümü münasibətilə keçirilən rəsmi qəbulda Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya söyləyib.
Azərbaycanın Latviya üçün mühüm iqtisadi tərəfdaş olduğunu diqqətə çatdıran Edqars Skuya, həmçinin əlavə edib: “Ticarət dövriyyəsi ötən son iki il ərzində artıb. Hər iki ölkə ixrac, idxal və bir çox sahələrdə ticari və iqtisadi əməkdaşlığın artırılmasına maraqlıdır. Dövlətlərarası Komissiyanın gələn il keçirilməsi planlaşdırılır. Bundan əlavə, bizim 14 bələdiyyə ilə fəal əməkdaşlığımız mövcuddur. Biz gənclər arasında Latviyada təhsilə marağın artdığını görürük”.
O öz ölkəsində və bütün regionda sülh və stabilliyin yanında dayandıqlarını və hər bir ölkənin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərini qeyd edib. (AZERTAC)