Bu barədə Azərbaycan Respublikasının Ombudsman Aparatından bildirilib.
"Ermənistanın törətdiyi növbəti genişmiqyaslı hərbi təxribatın qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin 50 hərbi qulluqçusu şəhid olmuşdur. Allahdan şəhidlərimizə rəhmət diləyir, onların ailələrinə dərin hüznlə başsağlığı verir və səbir arzulayıram", - Səbinə Əliyeva qeyd edib.
Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. (Report)