22.11.2024, 02:34
AZ EN
18.09.2023, 18:10 276

Dövlət Komissiyası: "Azad edilmiş ərazilərdə yeni kütləvi məzarlıqların aşkar ediləcəyi gözlənilir"

XƏBƏRLƏR
  • "Apardığımız təhlillər işğaldan azad edilmiş ərazilərimizdə yeni kütləvi məzarlıqların aşkar ediləcəyini göstərir".

Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, insanların işgəncələrlə öldürülərək kütləvi halda basdırılması və izlərinin itirilməsi, bütün insani dəyərlərə, hamılıqla qəbul edilmiş humanitar normalara hörmətsizlikdir:

“Bu gün burada nüfuzlu və dəyərli insanların, dövlət və ictimai xadimlərin iştirakı ilə keçirilən beynəlxalq tədbirdə biz itkin düşmüş Azərbaycan vətəndaşları, onların basdırıldığı kütləvi məzarlıqlar, həmçinin mina xəritələri barədə məlumatların Azərbaycan tərəfinə təqdim olunmasnı Ermənistan hökumətindən tələb edirik. İtkin düşmüş şəxslər problemi yalnız Azərbaycan üçün deyil, qlobal mahiyyət daşıyan aktual problemdir. Hesab edirik ki, BMT bu sahəyə bir daha diqqət ayırmalı və qurumun itkin düşmüş şəxslər üzrə xüsusi məruzəçisi təyin edilməlidir”. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR