19.10.2024, 19:36
AZ EN
31.05.2022, 13:50 382

Diplomatlar Qarabağda su elektrik stansiyalarının bərpası işləri ilə tanış olublar

XƏBƏRLƏR
  • Diplomatik korpus nümayəndələri Kəlbəcər rayonuna səfər çərçivəsində Qarabağda su elektrik stansiyalarının bərpası işləri ilə tanış olublar.

Qonaqlar Kəlbəcər və Laçın rayonlarında iki su elektrik stansiyasının bərpası ilə bağlı işlərin başladığı barədə məlumatlandırılıb. Bu stansiyalar erməni işğalı dövründə tamamilə dağıdılmışdı.

Diplomatik korpus nümayəndələri Kəlbəcərdə su elektrik stansiyasını nəzərdən keçirib və onun işi ilə tanış olublar.

Xatırladaq ki, diplomatik korpusun Kəlbəcər səfərində 50 ölkədən 80-dən çox diplomat və hərbi nümayəndə, eləcə də 10 beynəlxalq təşkilat iştirak edir. Bu, diplomatik korpus nümayəndələrinin azad edilmiş ərazilərə doqquzuncu səfəridir. (Trend)

Oxşar xəbərlər