Şəhidin nəşi Xocavənd rayonu Qaradağlı kəndi Şəhidlər Xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Xocavənd Rayon Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Mirzəli Müslət oğlu Quliyev 1952-ci il aprelin 15-də Xocavənd rayonunun Qaradağlı kəndində anadan olub. O, 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndi istiqamətində itkin düşüb. (Report)