Ekspert agentliyin xüsusi müxbiri ilə söhbətində Ağalı “Ağıllı kənd” nümunəsinin Avropa İttifaqında diqqətlə öyrənildiyini etiraf edib. O, bu layihənin enerji aspektlərinə və ekoloji xarakter məsələlərinə xüsusi diqqət ayırıb. P.Pallavaçini qeyd edib ki, indiki əsrdə Günəş şüalarından, küləyin gücündən, yerin təkinin istiliyindən, damcı suvarma texnologiyasından bütünlüklə istifadə etmək xüsusilə əhəmiyyətlidir. “İnsan və təbiət bir-birinə mane olmaqla yox, əksinə, kömək etməklə yaşamalıdır. Ətraf mühit bizə hər şey bəxş edir. Bunu görüb, götürməyimiz lazımdır. Çox yox, bizə lazım olduğu qədər götürməliyik”, - deyə ekspert vurğulayıb.
Prezident İlham Əliyevin bu yaxınlarda Zəngilan rayonuna səfərini vurğulayan P.Pallavaçini hökumətin öz qarşısına qoyduğu möhtəşəm hədəflərin alicənablığından heyranlığını bildirərək, hazırda özü və komandası tərəfindən ilkin nəticələrin diqqətlə öyrənildiyini diqqətə çatdırıb.
Ekspert deyib: “Bu hədəflər isə sizin hakimiyyət orqanlarınızın qətiyyətinə əsasən, təsir bağışlayacağını vəd edir. Ümidvaram ki, Avropa İttifaqında Ağalıdan böyük təcrübə götürəcəklər və bu layihə Aİ-yə üzv ölkələrin əksəriyyəti üçün nümunəvi model rolunu oynayacaq”. (AZERTAC)