Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Türk Dövlətləri Təşkilatı çərçivəsində TDT sammitlərinin baxış və strateji məqsədlərinə çatmaq üçün biz prezidentlərin köməkçiləri və diplomatik müşavirləri səviyyəsində yeni dialoq və məsləhətləşmələr mexanizmini işə saldıq”, - H.Hacıyev qeyd edib.
Qeyd edək ki, Türkiyənin İstanbul şəhərində Azərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin dövlət başçılarının xarici siyasət məsələləri üzrə köməkçiləri/məsləhətçilərinin qeyri-rəsmi görüşü keçirilib. (Report)