20.09.2024, 02:03
AZ EN
16.08.2024, 17:38 130

Ermənistanı çətin günlər gözləyir: KTMT Kurska qoşun göndərsə...

XƏBƏRLƏR
  • Rusiya-Ukrayna cəbhəsində gərginliyin artan tempdə inkişafı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələri narahat etməyə başlayıb. İş o yerə çatıb ki, üzv ölkələr Rusiyaya hərbi dəstək üçün açıq müzakirələrə başlayıb. Belə vəziyyət faktiki olaraq KTMT-dəki fəaliyyətini donduran Ermənistanda da ciddi narahat edir.

"Vətən səsi" xəbər verir ki, təşkilatın mətbuat xidmətinin yaydığı məlumata görə, KTMT-nin analitik qrupu Kursk vilayətində vəziyyətin inkişafını diqqətlə izləyir: "Rusiya hərbi yardım tələb edəcəyi təqdirdə bütün lazımi prosedurları vaxtında həyata keçirəcəyik. Hərbi münaqişənin KTMT-nin məsuliyyət zonasına keçməsi eskalasiyanın yeni mərhələsidir. Analitik xidmətimiz gecə-gündüz fəaliyyət göstərir. Biz vəziyyətin inkişafını diqqətlə izləyirik və təşkilatın nizamnaməsinə uyğun hərəkət edəcəyik".

Putinin çətiri altında formalaşdırılan hərbi blok bəyan edir ki, Katiblik və Rusiya Federasiyasının müvafiq dövlət qurumları müntəzəm olaraq məlumat mübadiləsi aparırlar. Lazım gələrsə, KTMT katibliyi bu halda nəzərdə tutulan bütün prosedurları müəyyən edilmiş vaxt çərçivəsində həyata keçirəcək.

Təşkilat xatırladıb ki, hərbi yardımın göstərilməsi məsələsi yalnız üzv dövlətin rəsmi müraciəti olacağı təqdirdə yarana bilər. Lakin bu günə qədər Rusiyadan Kursk vilayətindəki vəziyyətlə bağlı belə bir müraciət olmayıb.

Siyasəi təhlilçilər hesab edirlər ki, KTMT-yə üzv ölkələr qoşunların Kurska göndərilməsinə razılıq verəcəkləri təqdirdə bu, təşkilatdakı fəaliyyətini donduran Ermənistan üçün əlavə problemlərə yol aça bilər. Xüsusilə üzünü Qərbə çevirərək Avropa ilə sıx əməkdaşlığa can atan Paşinyan hökumət ilə Rusiya arasındakı ziddiyyətlərin dərinləşməsi qaçılmaz olacaq.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR