20.11.2025, 03:43
AZ EN
28.08.2025, 12:56 136

Paşinyan: Ermənistan və Azərbaycan arasında sülh qurulub, lakin fikir ayrılıqları qalıb

XƏBƏRLƏR
  • Azərbaycan və Ermənistan arasında sülhün qurulması barədə bəyanatlar tərəflər arasında fikir ayrılıqlarının olmaması demək deyil.

Erməni KİV-lərinin verdiyi məlumata görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinq zamanı bildirib.

"Sülhün bərqərar olduğunu deməyimiz o demək deyil ki, tərəflərin bir-birinə sualları qalmayıb. Heç vaxt münaqişə yaşamadığımız və dostluq əlaqələri qurduğumuz dövlətlərlə münasibətlərimizdə bir-birimizə suallarımız yaranır", - o bildirib.

Baş nazir əlavə edib ki, dövlətlərarası münasibətlərin qurulması və inkişafı prosesi "dinamikdir". (Report)

Oxşar xəbərlər