07.06.2025, 23:25
AZ EN
16.08.2023, 16:57 440

Lavrovun ermənilərin inteqrasiyasına dair layihə sənədi üzə çıxdı - FOTO

XƏBƏRLƏR

Qarabağın erməni sakinlərinə veriləcək hüquqlarla bağlı təkliflər sosial şəbəkələrin erməni seqmentində müzakirə olunur

  • Xankəndinin separatçı guruhunun “anti-böhran Şurası”nın rəhbəri Tiqran Petrosyan “Facebook” səhifəsində Rusiya Xarici işlər naziri Sergey Lavrov tərəfindən təqdim edilən layihə sənədini paylaşıb.

“Vətən səsi” xəbər verir ki, Qarabağın erməni sakinlərinə veriləcək hüquqlarla bağlı təkliflər Ermənistanda açıq müzakirəyə çıxarılıb. Petrosyan Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyası üçün hazırlanmış layihənin iyulun 25-də tərəflərə təqdim edildiyini bildirib. O, qeyd edib ki, sənəddə  Azərbaycan SSR tərkibində olmuş keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan erməni əhalisi üçün təklif olunan  müddəalar yer alır.

Burada erməni sakinlərin hüquqlarının qorunacağı qeyd olunur. Bildirilir ki, hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında yaşayan erməni sakinlərin Azərbaycan Respublikasının rayon və bələdiyyə səviyyələrində, prokurorluq, məhkəmə və icra strukturları səviyəsində proprosional təmsilçilik hüquqları tanınacaq.

Sənəddə dövlət orqanlarında dövlət dili olan Azərbaycan dili ilə yanaşı, erməni dilində rəsmi yazışmalara icazə verilməsindən tutmuş erməni dilində yol işarələrinin qoyulmasınadək məsələlər əksini tapıb. Bundan başqa erməni dilində orta və ali təhsil almaq imkanlarının yaradılacağı da təklif edilir. Həmçinin erməni əhalisinin dini mərasimlərinin azad keçirilməsi üçün şəraitin yaradılması, erməni dilində KİV təsis etmək hüququ nəzərdə tutulur.

Layihə sənədində keçmiş DQMV ərazisində yaşayan erməni əhalisinin sərbəst sərhəddən kənarda əlaqələrini saxlaması üçün Ermənistanla əlahiddə saziş imzalanması təklif olunur.

Xatırladaq ki, rəsmi Bakı hələ xeyli müddət əvvəl inteqrasiya ilə bağlı bir çox məsələlərin danışıqlar masasında olduğunu açıqlamışdı. Azərbaycan tərəfi eyni zamanda Qarabağda yaşayan erməni sakinlərin hüquq və azadlıqlarının ən azı digər azsaylı xalqların nümayəndələri səviyyəsində qorunacağını dəfələrlə bəyan edib.

Elxan SALAHOV

Oxşar xəbərlər