22.12.2024, 16:18
AZ EN
15.08.2023, 08:00 255

Türkiyəli jurnalist: Zəngəzur dəhlizi türk dünyasını bir-birinə daha möhkəm bağlayacaq

XƏBƏRLƏR
  • İşğaldan azad olunan Azərbaycan torpaqlarında görülən işlər Türkiyəni də qürurlandırır. Çünki qardaş Azərbaycanın sevinci, bizim də sevincimizdir.

Bu sözləri Azərbaycanda səfərdə olan türkiyəli jurnalist, “Haber Global”ın xəbər koordinatoru Halil Ərdoğan müsahibəsində bildirib.

O deyib: “Azərbaycanla bağlı həm tarixi, həm də müasir günümüzə dair çoxlu kitablar oxuyaraq araşdırmalar apardım. Eləcə də çoxlu xəbərlər hazırladım, ancaq ilk dəfədir Azərbaycanda oluram. İkinci Qarabağ müharibəsindən artıq üç ilə yaxın müddət keçir və ötən bu zaman ərzində çox dəyişikliklər baş verib. Ermənilərin uzun illər işğal altında saxlayaraq viran etdiyi Azərbaycan torpaqlarının görüntülərini biz hər zaman mediadan izləyirdik. Bu gün bu əraziləri canlı olaraq gördük və ermənilərin kəndləri, rayonları necə viran qoyduqlarının şahidi olduq. Eyni zamanda azad olunan ərazilərdə Azərbaycan tərəfindən çox geniş tikinti-quruculuq işlərinin həyata keçirildiyini gördük. Olduğumuz Ağalı kəndi də bu görülən işlərin bariz nümunəsidir. Həmçinin burada yollar inşa olunur, bu yollar Qarabağda və Şərqi Zəngəzurda bütün istiqamətlərə uzanır. Bununla bərabər tarixi abidələr yenidən bərpa edilir, yeni evlər inşa olunur, kəndlər, şəhərlər yenidən qurulur. Bu görülən işlər həm Azərbaycanı, həm də Türkiyəni sevindirən bir amildir. Burada önəmli bir məqam isə Zəngəzur dəhlizidir. Bu dəhliz vasitəsilə türk dünyası tamamilə bir-birinə daha çox möhkəm bağlanmış olacaq və nəticədə qarşılıqlı əlaqələr, həmçinin ticarət dövriyyəsi daha da möhkəmlənəcək". (AZƏRTAC)

Oxşar xəbərlər