19.10.2024, 19:36
AZ EN
26.03.2023, 12:05 144

Yaxınlaşan sülh və Ermənistanın təxribatları - terror dövləti xislətindən əl çəkmir

XƏBƏRLƏR
  • “Ermənistanın və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin son günlər törətdikləri təxribatlar onu deməyə əsas verir ki, rəsmi İrəvan sülh müqaviləsinin imzalanmasından boyun qaçırır”.

Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun fikrincə, Azərbaycan və Ermənistan rəsmilərinin bir müddət əvvəlki açıqlamaları sülh müqaviləsinin imzalanması üçün çox yaxşı imkan və şəraitin yarandığını göstərirdi. Deputat vurğulayıb ki, İrəvanın destruktiv mövqeyi vəziyyəti kökündən dəyişib: “Heç vaxt verdiyi sözü və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən Ermənistan rəhbərliyi bu dəfə də danışıqları pozdu”.

V.İskəndərov söyləyib ki, Ermənistanın ritorikanı sərtləşdirməsi, eskalasiyaya can atması, martın əvvəlində qanunsuz hərbi daşınmalar həyata keçirən erməni silahlıları ilə atışma, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının intensivləşməsi onu göstərir ki, bu terror dövləti heç vaxt xislətindən əl çəkən deyil.

Milli Məclisin üzvü hesab edir ki, İrəvan bilərəkdən belə təxribatlara əl atmaqla sülh prosesini pozmağa cəhd göstərir: “Çünki döyüş meydanında məğlub olan və kapitulyasiya aktına imza atan Ermənistan rəhbərliyi bu alçaldıcı məğlubiyyətlə barışmaq istəmir. Martın əvvəlində baş verən lokal toqquşmalar, daha sonra Zəngilanda hərbçimizin yaralanması, alternativ yollarla Azərbaycanın Qarabağ bölgəsinə hərbi sursat və canlı qüvvənin daşınmasının davam etdirilməsi kimi məsələlər artıq Azərbaycan üçün başqa çıxış yolu qoymur. Biz ordumuzun gücünə tam arxayınıq və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun gücü ilə məqsədlərimizə çatacağımıza şübhəmiz yoxdur. Sadəcə olaraq Azərbaycan tərəfi sülh müqaviləsinin imzalanmasında maraqlı idi. Ancaq son hadisələr, Rusiya sülhməramlılarının fəaliyyətsizliyi bizə güc yolu ilə məsələnin həllinə nail olacağımızı göstərir. Odur ki, artıq xəbərdarlıqların vaxtı bitib. Bu gedişlə son sözü ordumuz deməli olacaq”. (Report)

Oxşar xəbərlər