22.11.2024, 00:00
AZ EN
13.07.2023, 15:26 210

Ceyhun Bayramov: Ağdamın, Qarabağın dirçəldilməsi ölkəmizin bir nömrəli məqsədidir

XƏBƏRLƏR
  • Prezident İlham Əliyevin dediyi kimi, Ağdamın, Qarabağımızın bərpa edilməsi, dirçəldilməsi, buranı uzun illər Vətən həsrəti ilə yaşayan məcburi köçkünlərimiz və qaçqınlarımız üçün tez və qısa müddət ərzində yenidən gözəl bir yaşayış məkanına çevirmək ölkəmizin bir nömrəli məqsədidir.

Bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Ağdam şəhərindəki Konfrans Mərkəzində keçirilən “Ağdamın dirçəlişi” adlı tədbirdə deyib.

“İki gün bundan əvvəl Prezident İlham Əliyev 2023-cü ilin ilk altı ayının ölkəmizin sosial-iqtisadi inkişafının nəticələrinə dair çox önəmli yeni mesajlar verdi. Mesajlar ondan ibarət oldu ki, Azərbaycan dövlətinin çox böyük potensialı var. Azərbaycan dövləti ən yüksək standartlarla Qarabağımızı bərpa etməyə qadirdir, bunu tez bir zamanda, keyfiyyətlə edəcək. Buna nə qədər resurs lazımdırsa, Azərbaycan dövləti bunu əsirgəməyəcək. 2023-cü ildə ölkəmizin sosial-iqtisadi inkişafı buna imkan verdi. Dövlət büdcəsinə yenidən baxıldı. Prezidentin qeyd etdiyi kimi, dövlət büdcəsinin artırılan 3,1 milyard manatının mütləq əksəriyyəti Qarabağın dirçəldilməsinə və ordu quruculuğuna yönəldiləcək”, - deyə xarici işlər naziri qeyd edib. (AZƏRTAC)

Oxşar xəbərlər