Milli Məclisin deputatı Mahir Abbaszadə “Real” TV-yə bununla bağlı açıqlamasında bildirib ki, mənə elə gəlir ki, ermənilər bu tırları Azərbaycan sərhədinə gətirən zaman heç də düşünmürdülər ki, onlar Azərbaycan sərhədini çox rahatlıqla keçə biləcəklər. Çünki Vətən müharibəsindən sonra Azərbaycan ordusu Azərbaycanın sərhədlərini kifayət qədər etibarlı şəkildə qorumaqdadır: “Azərbaycan əslində Laçın rayonu ərazisində olan sərhəd-keçid məntəqəsini qurmaqla həm də, biz Qarabağa gedən qeyri-qanuni yüklərin qarşısını almaq məqsədini daşıyırıq. Ermənilər o qədər də sadəlövh deyillər ki, bunu bilməsinlər. Amma gələn tırlar əvvəlcədən hesablanmış şoudan və teatrdan başqa bir şey deyil. Bütün bunlar onun üçün nəzərdə tutulur ki, Azərbaycana beynəlxalq danışıqlarda, bundan sonrakı sülh prosesində, bundan sonrakı normallaşma məsələlərində təzyiqlər edilə bilsin. Çünki əgər həqiqətən də beynəlxalq təşkilatların və ya Ermənistan hökumətinin məqsədi Qarabağda yaşayan erməni azlığının “humanitar fəalakət”dən qurtarmaqdırsa, bunun üçün Azərbaycan alternativ yolları təklif edir. Nə fərqi var ki, bu Azərbaycanın sərhədlərindən gəlib keçdi və ya Azərbaycanın daxilindən olan Ağdam-Xankəndi yolu ilə həyata keçirildi. Əgər sonunda məqsəd guya ordakı insanları fəlakətdən qurtarmaqdırsa, deməli, əsas məqsəd malların və yüklərin ora daşınması olmalıdır. Amma bunu hansı yolla həyata keçirdirik, hansı sərhəddən həyata keçirmək məsələsi ortaya gələndə sübu olur ki, ermənilər və onlara havadarlıq edən bəzi beynəlxalq təşkilatların nümayəndələri heç də söylədikləri kimi səmimi münasibət sərgiləmirlər”. Millət vəkili daha sonra qeyd edib ki, burda əsas məqsəd ondan ibarətdir ki, onlar Laçın rayon ərazisindən keçən Qarabağda yaşayan ermənilərin Ermənistanla gediş-gəlişini asanlaşdırmaq məqsədilə Azərbaycan tərəfindən tikilib istifadəyə verilən yoldan hansı, necə gəldi məqsədlər üçün istifadə etmək istəyirlər. Niyyət əslində bundan ibarətdir: “Amma Azərbaycan dövləti digər sərhədlərdə olduğu kimi, Ermənistan-Azərbaycan sərhədində də sərhədlərinin mühafizəsini qorumaq gücünə sahibdir. Burada Azərbaycan Silahlı Qüvvələri öz ordumuz məhz sərhədlərin müdafiəsində yaxından iştirak edir. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, ermənilərin bu cəhdləri də şoudan və teatrdan başqa bir şey deyil. Sonunda onlar heç bir məqsədə nail ola bilməyəcəklər.
Əgər beynəlxalq təşkilatlar və bu təşkilatların nümayəndələri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması nöqtey-nəzərdən guya əvvəllər bu prosesə müsbət təsirlərini nümayiş etdirmək üçün yeri gələndə Azərbaycan Respublikasının Prezidenti ilə, yeri gələndə Ermənistanın baş naziri ilə müəyyən görüşlər keçirirdilərsə, əslində o təşkilatların bu günləri iç üzləri ortaya çıxmaqdadır. Onlar əvvəllər özlərini prosesin normallaşması tərəfdarı kimi aparsalar da, amma biz son nəticədə görürük ki, onların bu gün xidmət etdikləri münasibətlər əslində normallaşamaya yox, münasibətlərin daha da gərginləşməsinə gətirib çıxarır”.
Deputat daha sonra əlavə edib ki, Qarabağdan keçən yol, yəni Xankəndidən Gorusa, Ermənistana gedən yol bütün məqsədlər üçün açıqdır və son vaxtlar statistikalara diqqət etsək görərik ki, Azərbaycan tərəfi sərhəd-keçid məntəqəsi qoyduqdan sonra təxminən 2000 erməni Qarabağdan Ermənistana, Ermənistandan Qarabağa rahat-rahat gəlib keçib. Amma digər məqsədlər üçün bu yol bağlıdır: “Beynəlxalq təşkilatların tutduqları bu mövqe təbii ki, birtərəfli mövqedir və ikili standartları ortaya qoyduğunu göstərir. Belə münasibətlər və bu mövqelər Azərbaycan-Ermənistan arasında normallaşmağa doğru, sülh prosesinin həllinə doğru atılan addımlara əngəldir. Məhz bu beynəlxalq təşkilatların addımları həqiqətən də Qarabağda yaşayan erməni azlığını “humanitar fəlakət”dən qorumaq məqsədi daşıyırsa, deməli, Azərbaycanın təklif etdiyi alternativ yoldan istifadə edə bilərlər. Amma alternativ yoldan ona görə istifadə etmirlər ki, əslində məqsəd Qarabağda yaşayan ermənilərə yardım ertmək deyil, Ermənistan-Azərbaycan münasibətləri arasında normallaşama prosesinə zərbə vurmaqdan ibarətdir. Burada da təbii ki, Ermənistan tərəfinin tutduğu mövqe sanki düşmənçilik mövqeyidir. Çünki Ermənistanın dövlət başçısı guya Avropa İttifaqında, Avropa Şurasının rəhbərinin yanında və ya Rusiya prezidenti V.Putinin yanında özünü sülhə addım atan, güya sülh prosesini dəstəkləyən rəhbər kimi göstərsə də, amma əslində Ermənistanın bu gün tutduğu mövqe bunun tamamilə əksini göstərir”.
M.Abbaszadə xatırladıb ki, 2023-cü ildə Ermənistan respublikasının büdcəsi qəbul olunarkən həmin büdcədə Qarabağda yaşayan ermənilərin həyat şəraitinin yaxşılaşdırmaqla bağlı maddə var, həmin maddədə də kifayyət qədər vəsaitlər ayrılıb: “Sual olunur, əgər sən bölgədə gələcəkdə sülhün normallaşmasını, sülh prosesinin sürətlənməsini, Azərbaycan-Ermənistan sərhədinin müəyyənləşməsini, və ya Qarabağda yaşayan ermənilərin Azərbaycanın tərkibində təhlükəsiz yaşamasını təmin etmək istəyirsənsə və hər dəfə də çıxışlarında Qarabağ Azərbaycanın ərazisidir. Qarabağ Azərbaycanın hüquqi ərazisidir. Qarabağ torpağı heç bir beynəlxalq təşkilat və dövlət tərəfindən Azərbaycanın deyil, Ermənistanın ərazisi kimi tanınmayıb bəyanatlarını verirsinizsə, nə üçün dövlət büdcənizdə Qarabağda yaşayan ermənilərin yaşaması üçün əlavə bir maddə ayırırsınız? Necə ola bilər ki, başqa bir dövlət öz ərazisində yaşamayan digər ərazilərdə yaşayan öz millətindən olan insanların inkişafı üçün dövlət büdcəsindən vəsait ayırıb. Belə bir nümunə dünyada yoxdur. Azərbaycanlılar da dünyanın müxtəlif ölkələrində yaşayırlar. Bəziləri kompakt şəkildə, bəzilər qeyri-kompakt şəkildə yaşayırlar. Amma Azərbaycan dövləti bu addımları atmır. Çünki bu, beynəlxalq hüquq normalarına ziddir. Bir dövlətin başqa bir dövlətin daxili işlərinə qarışmaq kimi məsələlərdir ki, bu məsələlərdə beynəlxalq hüquq rədd edir. Ermənistan tərəfi əslində gətirdikləri tırlara illərlə hazırlaşıblar. Onlar məhz ötən ilin dekabrında Qarabağda yaşayan ermənilərin yaşaması üçün dövlət büdcəsindən müəyyən vəsaitlər ayırıblar. İndi də həmin vəsaitləri guya xərcləyərək alınan o malların və məhsulların Qarabağa gətirilməsinə cəhd göstərirlər. Yəni, bu, əvvəlcədən düşünülmüş, planlaşdırılmış, həm Ermənistan dövləti tərəfindən, həm beyənlxalq təşkilatlar tərəfindən, həm beynəlxalq təşkilatların İrəvanda olan nümayəndələri tərəfindən əvvəlcədən ölçülmüş-biçilmiş bir addımıdır. Təbii ki, bu addım da Azərbaycana təzyiq xarakteri daşıyır. Azərbaycan-Ermənistan münasibətlərinin gərginləşməsinə səbəb olacaq. Bu, Azərbaycan-Ermənistan sərhəddində gərginliyin artmasına səbəb olacaq. Çünki Azərbaycan dövləti beynəlxalq hüquq normalarına görə öz ərazisini qorumaqda borcludur. Mənə elə gəlir ki, ermənilərin bu səyləri əslində hesablanıbdır ki, münasibətlər bir az da gərginləşsin. Amma onu da bildirmək istəyirəm ki, Azərbaycan artıq möhtərəm cənab Prezidentin şəxsində həm İrəvanda yaşayan ermənilərə, həm Qarabağda yaşayan ermənilərə öz müraciətini edib. Mənə elə gəlir ki, “Euronews” müsahibəsində cənab Prezidentin həm erməni xalqına, Qarabağda yaşayan ermənilərə etdiyi müraciət, həm Ermənistan dövləti tərəfindən və erməni xalqı tərəfindən, həm də Qarabağda yaşayan ermənilər tərəfindən bir az düşündürməlidir. Çünki cənab Prezident əslində Ermənistanda yaşayan ermənilərə müraciətlə həm Ermənistan-Azərbaycan münasibətlərinə strateji xətt çəkdi və yol göstərdi, yəni ki, Azərbaycanla Ermənistan arasında sülh olmalıdır. Demartasiya və demarkasiya işləri öz həllini tapmalıdır. Biz sülh müqaviləsi imzalamalıyıq. Biz müharibə erasını bağlamışıq. Həm də Azərbaycan Prezidenti Ermənistan tərəfə bildirmək isytəyir ki, sizin rəhbərliyiniz indiyə qədər sizi yalan rəvayərlərlə aldadıb. İkincisi, Qarabağda yaşayan ermnənilərə hansıki, onlar gələcəkdə Azərbaycanla bir yerdə yaşamaq və inteqrasiya proseslərinə meyilli olan ermənilərə, o ermənilər ki, orda bir qrup ermənin xuntasına çevrilib, onların təzyiqi altında yaşayır. O ermənilərə də möhtərəm cənab Prezidentin çıxışı bir cəsarət verməlidi, o insanları bir az da inandırmalıdır ki, bu gün Azərbaycan Respublikasının Prezidenti şəxsində gələcəkdə bizim təhlükəsizliyimiz, mədəni adət-ənənələrimizin inkişafı, təhlükəsizliyimiz, ərzaq təminatımız, mülkiyyət hüquqlarımız və 30 ildə itirdiklərimizi məhz bu gün möhtərəm cənab Prezidentin göstərdiyi yolla getməklə bunların hamısını qaytarmaq mümkündür. Ona görə düşünürəm ki, bunların hamısı Ermənistan tərəfindən Ermənistan-Azərbaycan sərhədində həyata keçirilən şou prosesidir. Bu isə şodan və teatrdan başqa bir şey olamayacaq. Çünki Azərbaycanla Azərbaycan Respublikasının Prezidenti ilə 44 günlük vətən müharibəsindən sonra bu dildə, bu formada danışmaq mümkün deyil.
Hazırladı: Tahirə Ağamirzə