08.09.2025, 14:51
AZ EN
08.09.2025, 10:53 49

Erməni politoloq: "Zəngəzur xətti adi yol yox, dəhliz olacaq"

XƏBƏRLƏR
  • Ermənistan hökumətinin rəsmi təbliğatının əksinə olaraq Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında açılacaq xəttin dəhliz statusunda olacaq. Bu məsələ Vaşinqton, Bakı və Ankaradan gələn mesajlarda öz təsdiqini tapır".

"Vətən səsi" xəbər verir ki, bunu erməni politoloq Arman Abovyan deyib. O, bildirib ki, Ermənistanın rəsmi qurumları Vaşintonqdakı üztərəfli razılaşmaları təhrif edilmiş şəkildə ictimaiyyətə təqdim etməyə çalışır: “ABŞ Prezidenti Donald Tramp dəhlizdən danışır, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəhlizdən danışır, bir sözlə, hamı dəhlizdən danışır. Ermənistan hakimiyyəti isə israrla bunun əksini söyləməkdə davam edir. Sərhəddə sənədlər və pasportlara kim möhür vuracaq? Aydındır ki, Ermənistan tərəfdən danışıqlarda iştirak edənlər bu suala heç vaxt doğru-düzgün cavab verməyəcək. İctimaiyyət isə bu cavabı indidən eşitmək istəyir. Əslində, hər şey göz qabağındadır: baş verənlərə baxsaq görərik ki, Ermənistan hakimiyyəti Ermənistana daxil olan və ya tərk edən azərbaycanlıları yoxlamayacaq. Onlar bu barədə amerikalılardan məlumat alacaqlar”.

Erməni politoloq əlavə edib ki, Zəngəzur dəhlizindən keçəcək Azərbaycan yükləri və sərnişinləri birbaşa nəzarətə tabe olmayacaq: “Bunun əksini sübut edə bilmirlər. Buna görə də soyuq su için və rahat olun: dəhliz təhvil verilib. Gerçəklik ondan ibarətdir ki, Zəngəzur dəhlizi Azərbaycan və Türkiyəyə təhvil verilib”.”.

Elxan SALAHOV

Oxşar xəbərlər